RU

Bundesliqa: “Union Berlin” autsayderə evdə uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Auqsburq” – “Frayburq” matçında qapılara qol vurulmayb. “Union Berlin” isə doğma meydanda “Holştayn”a məğlub olub.

Beləliklə, geridə qalmış 24 turdan sonra 61 xala malik “Bayern” vahid liderdir. Ötən mövsümün qalibi “Bayer” hazırda 53 xalla ikinci, 42 xalı olan “Ayntraxt” isə üçüncü pillədə qərarlaşıb. “Maynts” 41, “Frayburq” 40, “Leypsiq” 38, “Volfsburq” və “Borussiya” (Mönhenqladbax) 37, “Ştutqart” 36, “Borussiya” (Dortmund) 35, “Auqsburq” 32, “Verder” 30, “Hoffenhaym” 25, “Union Berlin” 23, “Sankt Pauli” 21 xal toplayıb. Son üç pillədə qərarlaşmış “Boxum”un 17, “Holştayn”ın 16, “Haydenhaym”ın isə 15 xalı var.

Almaniya, Bundesliqa
24-cü tur
28 fevral

Ştutqart – Bayern 1:3
Qollar: Ştiller, 34 – Olise, 45. Qoretska, 64. Koman, 90.

1 mart

Boxum – Hoffenhaym 0:1
Qol: Bişof, 72.

Haydenhaym – Borussiya (Mönhenqladbax) 0:3
Qollar: Hak, 8; 59. Nqumu, 18.

Leypsiq – Maynts 1:2
Qollar: X.Simons, 1 – Amiri, 52. Burkardt, 58.

Sankt Pauli – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 50. Adeyemi, 58.

Verder – Volfsburq 1:2
Qollar: Vayzer, 90 – Vimmer, 6; 48.

Ayntraxt – Bayer 1:4
Qollar: Ekitike, 37 – Tella, 26. Mukiele, 29. Şik, 33. A.Qarsiya, 62.

2 mart

Union Berlin – Holştayn 0:1
Qol: Giqoviç, 43.

Auqsburq – Frayburq 0:0

Избранный
14
2
arena.az

3Источники