RU

Almaniyanın aparıcı partiyaları müdafiə ehtiyacları üçün fondlar yaratmağı planlaşdırırlar

Almaniyanın Xristian-Demokratik və Xristian-Sosial İttifaqları (XDİ/XSİ) və Sosial-Demokrat Partiyası (SDP) müdafiə və infrastruktur ehtiyacları üçün milyardlarla avroluq fondlar yaratmağı planlaşdırırlar.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlara yaxın mənbələrə istinadən bildirib.

Mənbələrin məlumatına görə, söhbət Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək və infrastrukturun inkişafı üçün nəzərdə tutulan fondlardan gedir. Hər bir layihənin aktivlərinin həcmi əvvəlki hesablamalara görə azı 400 milyard avro olacaq. Həmçinin qeyd olunub ki, onların yaradılması ilə bağlı hələ yekun qərar verilməyib.

“Reuters”in həmsöhbətləri müdafiə üçün böyük məbləğlərin ayrılması qərarını fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan danışıqların uğursuz nəticəsi ilə əlaqələndirirlər.

Избранный
22
2
ikisahil.az

3Источники