RU

"Xankəndi" Xankəndidə məskunlaşacaq? - baş məşqçi detalları açıqladı

Xəbər verdiyimiz kimi, Region Liqasının yeni mövsümünün püşkatması və ilk oyunların tarixi bəllidi. AFFA-nın inzibati binasında təşkil olunacaq püşkatma martın 4-də keçiriləcək. İlk oyunlar isə martın 8-9-u aralığında keçiriləcək.

Bilindiyi kimi, çempionatda iştirak edəcək komandalardan biri də "Xankəndi"di. Maraqlıdı ki, klub yeni transferlərini elan edərkən arxa fonda Xankəndi şəhər stadionunun şəklinə yer verilir. Həmçinin klubun sosial şəbəkə hesablarında sözügedən idman qurğusunun fotoları yayınlanır.

Görəsən, bu, rəmzi xarakter daşıyır, yoxsa komanda ev oyunlarını həmin stadionda keçirəcək?

"Football-plus.az"ın sualını komandanın baş məşqçisi İbrahim Uzunca cavabladı:

"Ev oyunlarımızı Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyik. Həmin addımlar hələ ki rəmzi xarakter daşıyır. Bildiyimə görə, Xankəndi şəhər stadionunda matçların keçirilməsinə icazə verilmir. Ümumiyyətlə, bu bölgəyə gediş-gəliş xüsusi prosedurlarla tənzimlənir. Təbii ki, məqsədimiz ev oyunlarını Xankəndidə keçirməkdi. İlkin hədəf 2-ci, ardınca 1-ci liqaya yüksəlməkdi. Bəlkə həmin vaxt Xankəndi şəhər stadionunda matçların keçirilməsi mümkün olacaq və "Xankəndi" təmsil etdiyi şəhərdə məskunlaşacaq".

İbrahim bəy komandanın son durumuyla bağlı bilgiləri də bizimlə paylaşdı:

"Region Liqasının yeni mövsümü üçün tam hazırıq. Çərşənbə axşamı "Füzuli"ylə yoxlama oyunu keçirib çempionatın ilk matçına hazırlaşmağa başlayacağıq".

KƏNAN BAHADIR
Избранный
66
football-plus.az

1Источники