RU

Xırdalandakı “Faxralı”da yanğın - Video

Abşeron rayonu, Xırdalan qəsəbəsində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə AAF Park yaşayış kompleksinin ərazisindəki restoranda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xəsarət alanların olub-olmaması hələ ki, bilinmir.

***

FHN yanğınla bağlı məlumat yayıb.

“Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.










Избранный
43
3
qafqazinfo.az

8Источники