RU

Papanın dəfn mərasiminə hazırlıqla bağlı şayiələr TƏKZİB EDİLDİ  

Vatikanda xidmət edən İsveçrə Qvardiyasının sözçüsü Papa Fransiskin dəfn mərasiminə hazırlıqla bağlı daha əvvəl yayılan şayiələri təkzib edib.

Parol.az xəbər verir ki, bu barədə çərşənbə günü İsveçrənin Blick qəzeti məlumat yayıb.

Daha əvvəl nəşr mühafizəçilərin artıq dəfn mərasiminə aktiv hazırlıqlara başladığını, mühafizəçilərə qarşı komendant saatı tətbiq edildiyini yazıb.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-dən xəstəxanadadır. Ona tam istirahət etmək əmri verilib, onunla bağlı bütün tədbirlər həftənin sonuna qədər ləğv edilib.

Избранный
85
2
parol.az

10Источники