AZ

Vatikan Papanın ölümünə HAZIRLAŞIR

Papa Fransiskin cangüdəni olan İsveçrə Qvardiyası xəstəxanaya yerləşdirilən pontifikin öləcəyi təqdirdə dəfn mərasimini məşq edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” qəzeti yazır.

“İsveçrə qvardiyası pontifik ölümü də daxil olmaqla istənilən ehtimala hazırlaşır. Əldə etdiyimiz məlumata görə, mühafizəçilərə komendant saatı tətbiq edilib. Dəfn mərasiminin də məşqi aparılır”, - deyə məlumatda bildirilir.

Fevralın 14-də 88 yaşlı Papa xəstəxanaya aparılıb. Fransiskə tənəffüs yolu infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Slovakiyanın baş naziri Robert Fiko və CNN-in baş direktoru Mark Tompsonla görüşlərini ləğv etməli olub. Sonradan məlum olub ki, Papanın vəziyyəti stabildir.

 

Seçilən
69
4
bakivaxti.az

10Mənbələr