RU

Qətər İsrailin Qəzzaya humanitar yardımın qarşısını almasını pisləyib

Bakı. Trend:

Qətər İsrailin Qəzza zolağına humanitar yardımın daxil olmasınıqadağan etməsini qətiyyətlə pisləyib və bunu atəşkəs razılaşmasınınpozulması kimi qiymətləndirib.

Trend xəbər verirki, bu barədə Qətər Xarici İşlər Nazirliyi martın 2-də yaydığıbəyanatda bildirib.

"Qətər dövləti işğalçı İsrail hökumətinin Qəzza zolağınahumanitar yardımın daxil olmasını dayandırmaq qərarını qətiyyətləpisləyir", – deyə bəyanatda vurğulanıb. Qətər XİN İsrailin buaddımını "atəşkəs razılaşmasının və beynəlxalq humanitar hüququnkobud şəkildə pozulması" adlandırıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Qətər ərzağın müharibə silahıkimi istifadə olunmasını qəbul etmir və beynəlxalq ictimaiyyətiİsraili Qəzzanın bütün ərazilərinə maneəsiz humanitar yardımınçatdırılmasını təmin etməyə məcbur etməyə çağırıb.

Избранный
53
14
az.trend.az

10Источники