Bakı. Trend:
Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindənaldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərarverib.
Trend xəbər verirki, 6 qat dünya, 11 qat Avropa çempionu və Tokio Olimpiadasınıngümüş medalçısı olan Ağayev bu ölkənin Bar şəhərində 2 günlükseminar keçirəcək. Seminar martın 8-9-da baş tutacaq və U-12, U-14,kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər.
Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50,idmançılar isə 75 avro ödəməlidirlər.
Qeyd edək ki, Rafael Ağayev martın 4-də 40 yaşını tamamlayacaqvə tez-tez xarici ölkələrdə seminarlar keçirərək bilik vətəcrübəsini digər karateçilərlə bölüşür.