RU

Almaniyanın aparıcı partiyaları milyard dollarlıq fond yaratmağı planlaşdırır

Almaniyanın Xristian Demokrat İttifaqı və Xristian Sosial Birliyinin (CDU/CSU) mühafizəkar bloku və Almaniya Sosial Demokrat Partiyası (SPD) müdafiə və infrastruktur ehtiyacları üçün çox milyard dollarlıq fond yaratmağı planlaşdırır. Bu barədə danışıqlara yaxın mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş fonddan və infrastrukturun inkişafı fondundan gedir. İlkin hesablamalara görə, hər bir layihədə aktivlərin həcmi ən azı 400 milyard avro təşkil edəcək.

Danışıqçılar ümid edirlər ki, fondlar hələ mart ayında, yeni hökumət formalaşmazdan əvvəl yaradıla bilər.

“Reuters”in həmsöhbətləri müdafiəyə külli miqdarda vəsait ayırmaq niyyətini fevralın 28-də Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqların uğursuz nəticəsi ilə əlaqələndiriblər.

Əziz Mustafa, Oxuməni.az

Избранный
25
oxumeni.az

1Источники