RU

Şahin Rəcəbov: “Dünya nizamsız xaosa sürüklənir”

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov dünyada gedən proseslər barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, o, qlobal güclər arasında qarşıdurmanın yeni mərhələyə keçdiyini, liberal dəyərlərin parçalanma və xaosla əvəz olunduğunu vurğulayıb. Şahin Rəcəbovun sözlərinə görə, insanlıq yeni müharibələr və silahlanma dalğasının astanasındadır:

"Ümid və inam gözəl olsa da, reallıq fərqlidir. Dünya yenidən bölüşdürülür və bu proses təhlükəli şəkildə gedir. Qlobal birləşmə, liberal dəyərlər və dövlətsizləşmə ideyaları yerini parçalanma, xaos və millitarist maraqlara verir. Ənənəvi güclər arasında qarşıdurma yeni güc balanslarını formalaşdırır, idarəolunmaz xaos yaradır. Ədalət anlayışı biznes maraqlarına qurban verilir, silahsızlaşma əvəzinə yeni silahlanma dalğası başlayır. Sülh adı altında yeni müharibələr hazırlanır, dünya isə insana rahatlıq vermək əvəzinə, təhlükəli məkana çevrilir. Belə bir zamanda, müqəddəs torpaqlarımızın mühafizəsi böyük məsuliyyətdir. Milli və mənəvi gücümüzü birləşdirərək, birliyimizi qorumalıyıq. Allah torpaqlarımızı, insanlarımızı hifz etsin, şəhidlərimizin ruhu şad olsun. Amin!"

 

Pərvanə Fərhadqızı

Избранный
35
qht.az

1Источники