RU

İyunda milyarderlərin şadlığı

Milyarder iş adamı Corc Sorosun oğlu Aleksandr Soros (39) və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedin (48) iyunun 14-də evlənməyə hazırlaşır. Amerika mediası “Page Six”in xəbərinə görə, cütlük dostlarına dəvətnamələr göndərib. Digər bir xəbərdə “Amazon” şirkətinin rəhbəri Ceff Bezos və nişanlısı Lauren Sançesin iyun ayında evlənəcəyi şayiələri var.

“Page Six”ə danışan mənbələr iddia edir ki, 61 yaşlı Bezos və 55 yaşlı Sançes İtaliya sahillərində 500 milyon dollarlıq super yaxtasında məhdud sayda qonağın iştirak etdiyi mərasimdə nikah bağlayacaqlar. Bezos və Sançes 2023-cü ilin avqustunda İtaliyanın Pozitano şəhərində nişanlanıblar.

Избранный
46
vaxt.az

1Источники