"Santos"un hücumçusu Neymar Braziliyaya qayıtdıqdan sonra uğurlu çıxışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu ötən gecə komandasının heyətində daha bir qol vurub.
O, Paulista Liqasının 1/4 final mərhələsi çərçivəsində "Red Bull Braqantino"ya qarşı görüşün 9-cü dəqiqəsində cərimə zərbəsindən hesabı açıb. "Santos" 2:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlib.
Beləliklə, Neymar "Santos"da 1 ay ərzində keçirdiyi 7 matçın 3-də qol vurub, 3 dəfə assist edib. Bu qarşılaşmaların 4-d oyunun ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Xatırladaq ki, istedadlı futbolçu bundan öncə çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda ilyarıma cəmi 7 görüşdə forma geyinmişdi, 1 dəfə rəqib qapılarına yol tapmışdı.