RU

Xırdalanda baş verən yanğın zamanı 45 nəfər sakin təxliyə olunub

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən gecə Abşeron rayonu, Xırdalanşəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın FövqəladəHallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkanverilmədən söndürülüb.

Nazirlikdən Trend-ə bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranınyanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m²olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m²sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəliyaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlıobyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasındanümumilikdə 45 nəfər sakin təxliyə olunub.

Məqalədə:
Избранный
74
8
az.trend.az

10Источники