RU

Restoranda yanğın: 45 sakin təxliyə olundu

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub

Избранный
113
12
bolge.tv

10Источники