RU

İstirahət etmək istəyənlər Antarktidaya axışır

Yazını böyüt
Yazını kiçilt

Temperaturun yüksəlməsi Antarktidada ekoloji fəlakət xəbərlərini artırarkən, yarımadada turizmin yüksəlişi diqqət çəkir.

Hafta.az-ın yazdığına görə, nəhayət, CNN "Dünyanın ən soyuq bölgəsi necə dünyanın ən məşhur istirahət yerlərindən birinə çevrildi?" sərlövhəli məqalə dərc edib: “Bölgəyə gedən müxbir kruiz gəmilərinin buza çırpıldığını və sərnişinlərin gözlənilən bu hadisədən qorxmadığını, Antarktidaya gəlişlərini şampan şərabı ilə qeyd etdiklərini bildirib”.

Las-Veqasda polis işlədikdən sonra təqaüdə çıxan Qreq və Susana Makkurdinlərin də bu məkana üstünlük verdiyi və cütlüyün belə ekzotik səfərlərə getdiyi bildirilir.

Part-time səyahət məsləhətçisi kimi çalışan Susana, xüsusilə Covid-dən sonra gözləntilərin dəyişdiyini deyir: "İndi daha orijinal şeylərə meyl var. İnsanlar gözləmək istəmirlər. Antarktida hər kəsin siyahısındadır".

30 ildən artıqdır ki, bölgəyə gələn turistlərin sayını saxlayan Beynəlxalq Antarktida Tur Operatorları Assosiasiyası (IAATO) 1990-cı illərin əvvəllərində hər il 7 min insanın Antarktidaya səfər etdiyini bildirir.

Zaman keçdikcə artan rəqəm 2017-ci ildə 44 mini, bu il isə 122 mini keçib.

CNN daha dəbdəbəli səyahət imkanlarının inkişafının bu sayın artmasına səbəb olduğunu vurğulayır.

Digər tərəfdən, bu vəziyyət ətraf mühitlə bağlı həyəcan təbili çalır.

2022-ci ildə nəşr olunan elmi araşdırma, Antarktidadakı qarın turistlərin səfərləri səbəbindən daha sürətli əridiyini ortaya qoyub. Ekoloqlar regionda qeyri-adi dərəcədə yüksək miqdarda karbon qazının olduğunu vurğulayırlar.

Dünyanın ən soyuq bölgəsi olan Antarktida da iqlim böhranından təsirlənir. Əsasən qar, buz və qayalıqdan ibarət olan qitə son illərdə bütün dünya kimi rekord temperaturlara şahidlik edir.

“Nature Geoscience” jurnalında dərc edilən araşdırma, əsasən yosunlardan ibarət olan bitkilərin yaşayış mühitinin son 40 ildə 10 dəfədən çox artdığını müəyyən edib.

Peyk məlumatları göstərir ki, 1986-cı ildə 1 kvadratkilometrdən az ərazini əhatə edən bitki örtüyü 2021-ci ildə 12 kvadratkilometrə qədər yayılıb.

Избранный
50
hafta.az

1Источники