RU

Starmer Rusiyanın Ukrayna ilə bağlı mövqeyini rədd etdi- ÖZƏL

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı mövqeyini rədd edib və Moskvanın təhlükəsizlik zəmanətləri üçün şərtlər irəli sürə bilməyəcəyini bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə 3 martda Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi Qərb müttəfiqləri ilə görüşdən sonra açıqlama verib.

"Biz bu məsələyə elə yanaşa bilmərik ki, Rusiya hər hansı təhlükəsizlik zəmanətlərinin şərtlərini biz razılığa gəlməzdən əvvəl diktə edir", - deyə Starmerin sözlərini Yahoo News yayıb.

Bununla belə, o vurğulayıb ki, yekun razılaşmada Rusiya tərəfi də iştirak etməlidir.

Böyük Britaniyanın baş naziri qeyd edib ki, bəzi Avropa ölkələri artıq atəşkəsin əldə edilməsi və Ukraynada sülhün bərqərar olması üçün səylərə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu prosesdə xüsusilə Böyük Britaniya və Fransanın aktiv rol oynadığı qeyd edilib.

The Guardian qəzetinin məlumatına görə, Starmer Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Kiyevi qorumaq üçün koalisiya yaradacağını bəyan edib. O, bu təşəbbüsün ABŞ tərəfindən də dəstəklənməli olduğunu vurğulayıb.

Bundan əvvəl, 2 martda Starmer London və Parisin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün birgə plan üzərində işlədiyini açıqlamışdı. Onun sözlərinə görə, hazırlandıqdan sonra bu plan ABŞ-a təqdim ediləcək.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
49
olaylar.az

1Источники