RU

Üçqat olimpiya çempionu güləşçi ürəktutmadan öldü


Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev 49 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşviliyə istinadla TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Saytiyev Moskvada dünyasını dəyişib.
Saytiyevin ölümünə səbəb ürək tutması olub.
Bu barədə Dağıstan Sərbəst Güləş Federasiyasının icraçı direktoru Mahmud Maqomedov məlumat verib.
Qeyd edək ki, Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci il Olimpiya Oyunlarının qalibidir.
Saytiyev altı dəfə dünya çempionatının, altı dəfə isə Avropa çempionatının qalibi olub.
1995-ci ildə Rusiyanın əməkdar idman ustası adına layiq görülüb, 4-cü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri ilə təltif edilib.
Beynəlxalq Birləşmiş Güləş Stilləri Federasiyası (indiki Birləşmiş Dünya Güləşi Federasiyası) Saytiyevi beş dəfə (1996, 1997, 1998, 2003, 2005) dünyanın ən yaxşı sərbəst güləşçisi elan edib. 1998-ci ildə Xoşməramlı Oyunların qalibi oldu.
O, idman karyerasını 2009-cu ildə başa vurub.
Избранный
43
yeniavaz.com

1Источники