RU

Ağdamda tortdan zəhərlənmə

Ağdamda kütləvi zəhərlənmə halı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, hadisə Əfətli kəndində baş verib.

Bir ailənin 6 üzvü - 1962-il təvəllüdlü Gülbuta Əsədova, 2001-ci il təvəllüdlü Elçin Əsədov, 2003-cü il təvəllüdlü Elvin Əsədov, 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı, 2006-cı il təvəllüdlü Türkan Əsədova və 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Onların tortdan zəhərləndiyi ehtimal olunur.


Telegram kanalımız
Избранный
85
12
yenisabah.az

10Источники