RU

Qətər və İordaniya İsrailin Qəzza blokadasını pisləyib

BAKI, TurkicWorld

Qətər və İordaniya, İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına humanitar yardımı dayandırmasını kəskin şəkildə pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında, İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsinin beynəlxalq humanitar hüquqa və bütün dinlərin təlimlərinə zidd olduğu vurğulanıb.

"Qətər dövləti, mülki əhalini aclıqdan öldürmək üçün ərzaqdan müharibə silahı kimi istifadə edilməsini rədd edir." – deyə bəyanatda bildirilib.

Qətər beynəlxalq ictimaiyyəti Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıb və Fələstin məsələsinə olan dəstəyinin dəyişməz qaldığını bəyan edib.

İordaniya Xarici İşlər Nazirliyi də oxşar mövqe sərgiləyərək, Təl-Əvivin bu qərarının beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına zidd olduğunu xatırladıb.

Qeyd edək ki, İsrailin Baş nazirlik ofisi dünən Baş nazir Benyamin Netanyahunun Qəzzaya humanitar yardımın daxil olmasını tamamilə dayandırmaq qərarına gəldiyini açıqlayıb.

İsrail bu addımı, atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatması və HƏMAS-ın ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi danışıqlar planını qəbul etməməsi ilə əsaslandırıb.

İsrail bəyan edib ki, məhbuslar azad edilənə qədər atəşkəsi davam etdirməyəcək.

Избранный
32
14
turkic.world

10Источники