RU

Şahmatçımız dünya çempionatında liderlər qrupundakı mövqeyini qoruyub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Monteneqronun Petrovats şəhərində keçirilən gənc şahmatçılar arasında dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva altı turdan sonra liderlər qrupunda mövqeyini qoruyub.
Kesaria Mgeladze (Gürcüstan) ilə heç-heçə edən şahmatçımızın hesabında beş xal var. O, eyni nəticəyə malik digər üç iştirakçı ilə birlikdə zirvəyə şərikdir.
Lalə Hüseynovanın 3, Nərmin Abdinovanın isə 2 xalı var. Onlar ilk 50-likdən uzaq düşüblər.
Oğlanların yarışında Şiroğlan Talıbov Manuel Kamposa (Kolumbiya) qalib gəlib. Dörd xal toplayan təmsilçimiz 24-cü pillədə qərarlaşıb. Mateu Bodjiyə (Albaniya) qalib gələn Xəzər Babazadə isə 3,5 xala sahibdir.
Избранный
98
46
oxu.az

10Источники