RU

Ombudsman: "Qadın sahibkarlığının inkişaf etdirilməsi məşğulluğun artırılması üçün vacibdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların ictimai fəallığının yüksəldilməsi, onların məşğulluğunun artırılması, iqtisadi müstəqilliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd olunub ki, qadınlara iqtisadi dəstək göstərilməsi və mikrokreditlərin verilməsi, onların sahibkarlıq sahəsində keçirilən təlimlərə cəlb edilməsi üzrə təşəbbüslərin genişləndirilməsi, habelə kvota kimi müvəqqəti xüsusi tədbirlərin tətbiqi məqsədəmüvafiqdir.
Mərahim Nəsib
Избранный
32
oxu.az

1Источники