Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Lakin 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə azyağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 0 dərəcədən +3 dərəcəyədək, gündüz +4dərəcədən +8 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civəsütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabiryağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdəarabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə -3 dərəcədən +2 dərəcəyədək isti,gündüz +8 dərəcədən +13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12dərəcəyədək , gündüz -3 dərəcədən +2 dərəcəyədək isti olacaq.