RU

ATİAHİ-nin rəsmiləri Fibonaççi Olimpiadasının Azərbaycan Milli Çempionatında iştirak ediblər

Bu gün Əl Oyunları Sarayında Bakı Modern Təhsil Kompleksinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin və bir sıra digər qurumların dəstəyi ilə Fibonaççi Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Milli Çempionatının final mərhələsi keçirilib. Bu tədbir elm və texnologiya sahəsində şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün əhəmiyyətli bir platforma rolunu oynayır.

“İki sahil” xəbər verir ki, tədbirin açılışında Bakı Modern Təhsil Kompleksinin baş icraçı direktoru Aysel Həsənli çıxış edərək olimpiadanın təhsil və innovasiya sahəsindəki mühüm rolunu vurğulayıb. O, ölkə rəhbərliyinin elmə və təhsilə göstərdiyi diqqət və qayğını qeyd edərək, şagirdlərin bilik və yaradıcılığa olan maraqlarının artırılmasının vacibliyindən danışıb.

Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bu yarışın iştirakçısı olan şagirdləri və onların müəllimlərini təbrik edərək, gələcəkdə beynəlxalq müsabiqələrdə yeni-yeni uğurlar qazanmalarını, həm təhsil aldıqları məktəbləri, həm də doğma Respublikamızı layiqincə təmsil edəcəklərini bildirib. O, bunun üçün daha yaxşı oxumağı, elm və texnikanın incəliklərinə yiyələnməyi tövsiyə edib və həmişə olduğu kimi, ATİAHİ-nin üzv təşkilatları olan təhsil müəssisələrinə hərtərəfli dəstək göstəriləcəyini qeyd edib.

Olimpiadanın təsisçisi və İdarə Heyətinin sədri Orxan Çevik də çıxış edərək, Fibonaççi Olimpiadalarının təkcə Azərbaycanda deyil, beynəlxalq arenada da artan nüfuzuna diqqət çəkib. O, müasir dövrdə elm və texnologiyanın sürətli inkişaf etdiyini vurğulayaraq, yeni biliklərin əldə olunması və onların tətbiqinin vacibliyindən danışıb.

Tədbirdə Azərbaycanın müxtəlif məktəblərindən olan şagirdlər, həmçinin qardaş Türkiyə və Qazaxıstandan gələn iştirakçılar mühəndislik və robototexnika sahəsindəki bilik və bacarıqlarını nümayiş etdiriblər. Onların hazırladığı innovativ əl işlərindən ibarət sərgi gün ərzində təqdim olunub və sabah da ziyarətçilərin ixtiyarında olacaq.

Final mərhələsinin sonunda qaliblər müəyyən edilərək mükafatlandırılacaq.

Избранный
15
ikisahil.az

1Источники