Braziliyalı Aleks Pereyra martın 9-da Las-Veqasda keçiriləcək UFC 313 turnirində rusiyalı Maqomed Ankalayevlə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Pereyra sosial şəbəkə platformasında Ankalayevi xeyriyyə mərclərinə qoşulmağa çağırıb:

"Qələbənizə bu qədər əminsinizsə, qalibin seçdiyi xeyriyyə təşkilatına 200 min dollar ianə edək. Qazansaq da, uduzsaq da, bu, ehtiyacı olanlara kömək edəcək. Qərar sizin əlinizdədir."

Qeyd edək ki, Ankalayev son döyüşünü UFC 308 turnirində keçirərək avstriyalı Aleksandr Rakiçi yekdil qərarla məğlub edib. Pereyra isə UFC 307-də amerikalı Xəlil Rountrini dördüncü raundda texniki nokautla üstələyib.