İspaniya yığmasının və "Real Madrid"in sabiq kapitanı Serxio Ramos Meksikada qol hesabını açıb.

Offsiideplus.az xəbər verir ki, 38 yaşlı müdafiəçi şərəfini qoruduğu "Monterrey"in heyətində "Santos Laquna" ilə görüşdə fərqlənib.

Bu, Ramosun yeni klubunda sayca ikinci oyunu olub.

Matç "Monterrey"in 4:2 hesablı qələbəsi ilə nətiələnib. Hazırda komanda 15 xalla turnir cədvəlində 9-cu sıranı tutur.

Qeyd edək ki, Serxio Ramos "Monterrey"ə ötən ay transfer olunub.