Minifutbol üzrə Azərbaycan çempionatının finalının vaxtı məlum olub.
Futbolpress.az xəbər verir ki, “Zirə” və “Birbaşa Bakı” arasında baş tutacaq final görüşü martın 11-də olacaq.
Bakı Tennis Akademiyasında keçiriləcək oyuna saat 21:00-da start veriləcək. Oyun “İdman” TV-dən canlı yayımlanacaq.