RU

Aydın Xan: “Zelenskinin arvadının adına milyonlarla pullar çıxmadı?!”

“Ukrayna özü əla bilirdi ki, onu 1 trilyardlıq bazara qoyublar. Amma indiki prezident hakimiyyəti əldən buraxmamaq üçün bu alverin bir hissəsinə çevrilməyə başladı. Zelenskinin arvadının adına milyonlarla pullar çıxmadı?!”

Yenisabah.az xəbər verir ki, bu sözləri Pressklub TV-də hüquqşünas Türkel Süleymanlı ilə debata çıxan kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Rusiya ilə davam edən müharibəni Ukrayna başladıb:

“Ukrayna NATO-ya daxil olmaq haqqında bəyanatı verən kimi müharibə başladı. Qəbul etməliyik ki, Rusiyanın dövlət maraqları var.

Bizim ailədə 8 nəfər uşaq var, 7-si Rusiyada yaşayır. Rus məmurları da etiraf edir ki, Moskvada ruslardan sonra ən çoxsayılı azərbaycanlılardır. Buna görə də, birtərəfli yox, ikitərəfli düşünməliyik. Ukraynanı düşünürüksə, Rusiyanı da, oradakı azərbaycanlıları da düşünməliyik.

Əslində, Rusiyanın Ukraynadan çox Azərbaycanda marağı var. Ən azı indiyədək bu maraq davam edir”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
43
1
yenisabah.az

2Источники