RU

Baş nazir qazaxıstanlı həmkarına Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasında köməyə görə təşəkkür edib

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov AZAL-a məxsus təyyarəninAktau yaxınlığında qəzaya uğramasının araşdırılmasında köməyə görəQazaxıstanın Baş naziri Oljas Bektenova təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə martın 3-dəAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti iləBakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziriOljas Bektenov ilə görüşü zamanı bildirilib.

Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzayauğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasındaQazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətinsəbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkküredib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində AzərbaycanRespublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznışəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlətreyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisindəAktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ikiuçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisivə 35 sərnişin həlak olub.

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq,pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğusayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatınıxilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəzaenişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruriqəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyəedilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində AzərbaycanRespublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznışəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən“Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tiplisərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuşhissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, ocümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar buməlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisiqəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Buməlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının havaməkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuşəməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı iləüzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişliolmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirəbilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərarvermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərindəCVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktıqeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulmasınəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyəsonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem,21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməkləsıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlibkeçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habeləvideo qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisininfüzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqistabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdəaşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunanzədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşmasıbarəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisininquşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumattəqdim edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrindəolan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraqgötürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabatmətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuşkənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsiməqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetməsistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер”əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlıfaktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabathazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatınhazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmadaiştirak edən digər dövlətlər tərəfindən artıq işlərbaşlanılmışdır.

Избранный
40
17
az.trend.az

10Источники