İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos Meksikanın “Monterrey” komandasının heyətində debüt qolunu vurub.
Publika.az xəbər verir ki, 38 yaşlı futbolçu "Santos Laquna" ilə matçın (4:2) 57-ci dəqiqəsində baş zərbəsi ilə fərqlənib. Serxioya debüt qolunu vurmaq üçün cəmi 2 matç kifayət edib.
10 turdan sonra "Monterrey" 15 xalla Meksika Klausurasında 9-cu yerdədir.
Heybət