RU

Rusiya hərbçiləri mikroavtobusu vurdu: ölənlər var

Martın 2-də Rusiya Federasiyasının hərbçilərinin Xersonda mikroavtobusa endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.

Editor.az xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram-da məlumat verib. Rəsmi bildirib ki, qadın reanimasiyada dünyasını dəyişib. Prokudin yazıb: “Həkimlər 61 yaşlı qadının həyatını xilas etmək üçün mümkün olan hər şeyi etdilər, lakin xəsarətlər çox ağır idi”.

O, daha əvvəl Rusiyanın hücumu nəticəsində 53 yaşlı qadının öldüyünü bildirmişdi. Polis 10 nəfərin öldüyünü bildirib. “Partlayışdan sonra sürücü avtobusu tibb müəssisəsinə yönəldib ki, zərərçəkənlərə mümkün qədər tez lazımi yardım göstərilsin”, – hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

//Samir Qurbanov, Editor.az

Избранный
17
editor.az

1Источники