"Zirə" klubu AFFA tərəfindən 1200 manat cərimələnib. 

Offsideplus.az xəbər verir ki, buna səbəb Azərbaycan Kuboku uğrunda yarışın 1/4 final mərhələsində fevralın 28-də "Araz-Naxçıvan"la oyunda yaşanan hadisələrdir.

Sözügedən qarşılaşmada Bakı təmsilçisinin azarkeşləri kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "Zirə"yə 500 manat cərimə kəsilib.

Həmçinin Rəşad Sadıqovun yetirmələrindən 5-i sarı vərəqə alıb ki, bu qayda pozuntusunun cəzası 700 manatdır.

Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"a uduzaraq (0:2), yarımfinala adlaya bilməyib Görüşün baş hakimi meydan sahiblərinin qapısına 2 dəfə penalti təyin edib.