Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) daha bir deputat qatılacaq.
“Cebheinfo.az” xəbər verir ki, 6 noyabr 2023-cü ildə İYİ Partiyadan istefa verən Ankara millət vəkili Adnan Beker fəaliyyətini CHP-də davam etdirəcək.
O, sabah keçiriləcək qrup toplantısında CHP-yə qatılacaq.
Adnan Bekerə döş nişanını partiya sədri Özgür Özəl taxacaq.
Beləliklə, CHP-nin parlamentdəki deputat sayı 134-ə çatacaq.