RU

Həsənrizə köçənlərə evlərinin açarları təqdim edildi (FOTO)

Ağdərə. Trend:

Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənrizkəndinə köçüb.

Trend xəbərverir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətləəlaqələr şöbəsindən verilən məlumata görə, ailələrə mənzillərinaçarlarının təqdim edilməsi mərasimində, Xankəndi şəhərində, Ağdərəvə Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri vədigər şəxslər iştirak ediblər.

Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevintapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə BöyükQayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərərayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərindəyataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək.

O qeyd edib ki, bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyatakeçirilib.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlətqayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna,qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, buyolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sonda kəndə köç edən ailələr mənzillərini təhvil alıb və özevlərində məskunlaşıblar.

Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazlatəmin edilib.

Həsənrizə
Həsənrizə
Həsənrizə
Həsənrizə
Həsənrizə
Məqalədə:
Избранный
29
8
az.trend.az

10Источники