"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Rodrinin durumu haqqında danışıb.
Demokrat.az xəbər verir ki, o, 28 yaşlı yarımmüdafiəçinin hələ meydana qayıtmağa hazır olmadığını deyib:
"Rodri yaxşı görünür. Təbii ki, axmaq qərarlar verməyəcəyik. O, hələ qayıtmağa hazır deyil. Amma topla işləyərkən artıq özünü inamlı, xoşbəxt hiss edir. Mən bu cür irəliləyiş gözləmirdim".