RU

Yalançı və düşmən: Moskvadan Makronun planın reaksiya

Rusiya Avropa ölkələrinin Ukrayna ilə bağlı irəli sürdüyü təşəbbüsləri sərt şəkildə tənqid edir.

Publika.az xəbər verir ki, politoloq Sergey Markov bəyan edib ki , Moskva Fransa prezidenti Emmanuel Makronun irəli sürdüyü heç bir təklifi qəbul etməyəcək .

Fransa və Böyük Britaniyanın birgə planı iki hissədən ibarətdir. Birincisi, atəşə bir aylıq moratorium, ikincisi Avropa sülhməramlılarının Ukrayna ərazisinə daxil edilməsi.

Markovun sözlərinə görə, Moskva Fransa liderini dinləməyəcək, çünki o, Rusiya tərəfi üçün “düşmən”dir. Ekspert təklif edib ki, bu cür təkliflər indi yalnız ona görə irəli sürülür ki, “düşmənin döyüş sursatı tükənir və buna görə də daha şiddətli döyüşə başlamaq üçün barışıq istəyir”.

“Planı Makron irəli sürüb və o, “müharibə partiyası”nın lideridir. Rusiya indi onun heç bir ideyasını qəbul etməyəcək, çünki Makron yalançı və düşməndir”, - Markov deyib.

Избранный
97
50
publika.az

10Источники