RU

Dövlət Dəniz və Liman Agentliyində “Gəmi agentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) cari il aprelin 1-4-də“Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Gəmiagentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq.

Məqsəd dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarınıntəşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatıxidmətlərinin beynəlxalq bazara girişi üçün şərait yaradılması,beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsivə dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə dəgəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimumaendirilməsidir.

“Gəmi agenti haqqında Əsasnamə”də (https://e-qanun.az/framework/30408)nəzərdə tutulan tələblərə cavab verən hüquqi və ya fiziki şəxslərsözügedən kursda iştirak etmək məqsədilə Agentliyə rəsmi məktublamüraciət edə bilərlər.

Məlumat üçün bildiririk ki, gəmi agenti xidmətləri AzərbaycanRespublikasında qeydiyyata alınmış hüquqi şəxslər, AzərbaycanRespublikasının vətəndaşları və Azərbaycan Respublikasındamüvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olanəcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstəriləbilər.

Müraciət üçün son tarix 14 mart 2025-ci ildir.

Müraciətlə bağlı hər hansı sual yaranarsa, Gəmi qeydiyyatı vətəsnifat cəmiyyətləri ilə iş departamentinin Təsnifat cəmiyyətləriilə iş şöbəsinin aparıcı mütəxəssisi Ayşən Şükürova (tel.: +994124974405 (daxili 254), e-mail: [email protected])ilə əlaqə saxlamaq olar.

Избранный
32
1
az.trend.az

2Источники