ABŞ-də bir sıra Respublikaçı konqresmenlərin Trampa məddahlığı ifrat həddə çatıb.
“AzPolitika”xarici KİV-ə istinadla xəbər verir ki, Texas ştatının respublikaçı konqresmeni Brendon Gill 100 dollarlıq əskinasda Bencamin Franklinin şəklini ABŞ-nin hazırkı prezidenti Donald Trampın portreti ilə əvəz edəcək qanun layihəsi təqdim edib.
