RU

Məşhur Yuri Nikulin Sirki Bakıya gəlir

Bakı, 3 mart, AZƏRTAC

Bakı Dövlət Sirkinin təşkilati dəstəyi ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra yenidən, martın 15-də Bakıya gəlir.

Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, proqramında Yuri Nikulin Sirkinin müxtəlif festivallarda mükafatlara layiq görülən dünyaşöhrətli artistləri çıxış edəcək.

Həm uşaq və həm də böyüklər üçün olan proqram rəqqasların hər nömrədən öncə göstərdikləri unikal rəqsləri ilə də yaddaqalan olacaq.

Gözoxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub.

Sirk tamaşaları həftə sonları (şənbə, bazar) və Novruz bayramı günlərində gündə iki seans olmaqla təşkil olunacaq.

Proqram Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) nümayiş ediləcək.

Избранный
25
2
azertag.az

3Источники