Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" yeni icraçı direktorun dosyesini təqdim edir.
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.
O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
Daha sonra Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.
Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.