Türkiyə ilk dəfə zirvə görüşünə dəvət edildi, bundan əvvəlki iki görüş Fransada Türkiyəsiz keçirildi. Xarici işlər naziri Fidan iştirak edib, Ərdoğan getməyi lazım bilməyib;“Ailə şəkli”ndə Fidan yuxarı, uzaq küncdə durmağı seçdi.
Bəs niyə Türkiyə?Çünki NATO-da ABŞ-dan sonra ikinci orduya sahibdir. Qoşun göndərmək zərurəti yarananda, lazım olacaq . Bundan başqa, əlavə pul yatırımı heç də pis olmazdı. Eynilə çox zəngin Norveçin sahib olduğu pullar kimi.
Hələ ki, Türkiyə səsini çıxarmır: “Gülümsəyir və əl eləyir”. Çünki Türkiyə indi çox məşğuldur, hələ ki, Avropanın başı qatışdığı, ABŞ-ın isə məsələylə maraqlanmadığı bir vaxtda, Suriyada tez-bazar PKK problemini həll etmək olar.Türkiyə yaxşı bilir ki, o, harada "yuxarı, uzaq küncdə" deyil.