RU

Uşaq vaxtı tərk etdiyim ata-baba torpağımıza 42 yaşımda qayıtmışam - Keçmiş məcburi köçkün

Yazını böyüt
Yazını kiçilt

Uşaq vaxtı tərk etdiyim ata-baba torpağımıza 42 yaşımda qayıtmışam.

Hafta.az xəbər verir ki, bu sözləri Ağdərənin Həsənriz kəndinə köç edən Dağyunus Nəbiyev azertac-a deyib.

“İndiyə qədər Bakı şəhərində yataqxana binasında məskunlaşmışdıq. Bu gün dördotaqlı evlə təmin olunmuşuq. Buna görə Prezidentimizə minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərənin Həsənriz kəndinə ilk köç reallaşıb. Bu mərhələdə Həsənriz kəndinə 25 ailə - 91 nəfər köçürülüb.

 

Избранный
20
1
hafta.az

2Источники