RU

Bahar Muradova Xaçmazda vətəndaşlarla görüşüb

Bakı, 3 mart, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 3-də Xaçmazda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə Xaçmaz və Şabran rayonlarının sakinlərinin müraciətlərinin dinlənildiyi görüşdə vətəndaş müraciətləri sırasında alimentin ödənilməsi, sosial yardım, işlə təmin olunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.

Избранный
18
1
azertag.az

2Источники