RU

Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib - Yenilənib

Neft Emalı Zavodunun Bakıdan köçürülməsi ilə bağlı 2 ssenari var...

APA xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.

Elşən Hacızadə deyib ki, zavodda modernizasiya prosesi gedir: “Zavod artıq "Avro-5" standartlı dizel yanacağı və benzin istehsal edib. 2025-ci ildən zavodun rekonstruksiyanın ikinci fazasına keçid olacaq. Zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi ilə bağlı fikir mübadiləsi aparılır, bu ssenarilərə baxılır. Hər iki ssenaridə əgər yeni zavod tikəcəyiksə, o da 2030-2031-ci illərdə nəzərdə tutulur. Modernləşdirmə prosesi davam edəcəksə də, bu da eyni vaxtda nəzərdə tutulur".

Nazirlər Kabinetinin şöbəsi müdiri nəzərə çatdırıb edib ki, zavodun 70 ildən çox tarixi var: "Neft Emalı Zavoduna qoşulan zavod var, "Azərneftyağ"-ın təxminən 130 yaşı var. Həmin "Azərneftyağ" hər iki ssenaridə köçürüləcək. Modernləşdirmə davam etsə də, zavod 2030-cu ilədək köçürüləcək. Həmin zavodun 30 faiz istehsalı "Azərneftyağ" hissəsində həyata keçir. Gərək modernləşdirmə bitsin ki, zavodu köçürə bilək”.

***

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub.

APA xəbər verir ki, belə təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev bildirib ki, paytaxtda tez-tez xoşagəlməz qoxu hiss edilir: “Nə vaxt Neft Emalı Zavodu şəhərdən kənara çıxarılacaq? Allah eləməsin, qəza olsa, şəhərdə nəfəs almaq mümkün olmayacaq”.

Deputat elektrik stansiyalarının və SOCAR-ın özəlləşdirilməsini də təklif edib.

Poliqon.info

 

Избранный
98
4
poliqon.info

10Источники