RU

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəSabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsməfaktları ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə Trend-ə Başprokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı Sabirabad rayonunda “AzeraToxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəlişəxsləri, Tərtər rayonunda isə fiziki şəxlər tərəfindənqanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu saydayaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsinəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslışübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaqüzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4(Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsikülli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəbolan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayətişləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrəprokurorluq və daxili işlər orqanlarına göndərilib.

Məqalədə:
Избранный
136
43
az.trend.az

10Источники