RU

Tramp: "Ukraynanın ərazilərini Rusiyaya verməyən yeganə prezidentəm"

Tramp:

ABŞ Prezidenti Donald Tramp özünü Ukraynanın ərazilərini Rusiyaya verməyən "yeganə prezident" adlandırıb.

Bu barədə Tramp "Truth Social"da yazıb.

"Putin Rusiyasına Ukraynanın heç bir torpağını verməyən yeganə Prezident Donald Trampdır. Yadda saxlayın, zəif və qeyri-effektiv demokratlar tənqid edir və saxta xəbərlər onların dediklərini həvəslə dərc edir”, - o bildirib.

Tramp, həmçinin sabah keçirəcəyi "böyük gecə"də "hər şeyi danışacağı"nı bildirib.

Lakin o, bu barədə ətraflı məlumat verməyib.
Избранный
106
3
reyting.az

4Источники