RU

Niyazi Bayramov əri tərəfindən döyülən qadını ziyarət etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl həyat yoldaşı tərəfindən döyülən A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısı qadının səhhəti, onun və azyaşlı övladlarının psixoloji durumu ilə maraqlanıb.

Şəhər rəhbərinə bir neçə gündür tibb müəssisəsinin reanimasiya şöbəsində olan pasientin bu gün stasionar palataya köçürülməsi barədə məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu qadın və iki azyaşlı övladı ilə söhbət aparıb. Uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq onlar “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzinə yönləndiriliblər.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qadın və azyaşlı övladları nəzarətdə saxlanılır.


Избранный
31
3
qafqazinfo.az

4Источники