Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.Manset.az NTV Haber-ə istinadən xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton səddə çırpılıb. Nəticədə avtobusun salonundakı 32 nəfərdən 16-sı yaralanıb. Onlardan beşinin durumu ağırdır.