Bakı. Trend:
Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirməkbarədə qərar qəbul olunmuşdu.
Trend xəbər verirki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərintörədilməsində təqsirləndirilən Arayik Harutyunyan bugünkü məhkəməiclası zamanı sərbəst ifadəsində deyib.
“Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbivertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndənbaşlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəlverdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri varki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mənbilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardanistifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandansoruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki,bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz ohədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssüratyaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindənendirililr”, - o bildirib.