2024-cü ildə Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması 900 milyon kilovat/saat enerjiyə qənaət etməyə imkan verib.
Bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “Bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.
O qeyd edib ki, Azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.
6Источники
-
xalqqazeti.azEnerji itkiləri azaldılır ( 15902647)
-
demokrat.az“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyon kVt/saat enerjiyə qənaət edilib ( 15824329)
-
korrespondent.az“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib ( 15818849)
-
aznews.az“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib ( 15816887)
-
ikisahil.azİtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib - “Azərişıq” ( 15816869)
-
report.az“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib ( 15816637)