Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXV turun növbəti oyunukeçirilib.
Trend-inməlumatına görə, "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edib.Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kadi Borges və Leandro Andrade vurublar.
Bu nəticədən sonra xallarını 60-a çatdıran Ağdam təmsilçisiturnir cədvəlinə başçılıq edir. "Kimyaçılar" isə 22 xalla 8-cipillədə qərarlaşıb.
Turun açılış oyununda “Səbail” doğma meydanda “Şamaxı”nı qəbuledib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanuvurublar. Xallarını 24-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib.“Səbail” isə 18 xalla sonuncu – 10-cu sırada qalıb.
Qeyd edək ki, XXV turun digər görüşləri martın 5-6-dakeçiriləcək.